https://525.az/img/pics/medium/2024-01/300895_yt4bap2phx.jpg Məqam, yoxsa məram? - Aytac Sahəd yazır
https://525.az/img/pics/medium/2024-06/318156_bysa0kk9ix.jpg Ədə­bi köşk: Nə var, nə yox?
https://525.az/img/pics/medium/2024-06/317436_e434p4wx6k.jpg Müqəddəs maralın qətli - Hacı Mirmehdi Ağaoğlu üçün
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg ONA GÖZ DİKƏNLƏRİ PEŞMAN QOYMAYAN - Rafael Hüseynov yazır
search
24 İyun 2024
23 İyun 2024

AVRO-2024: Bugünkü oyunlar

AVRO-2024: Bugünkü oyunlar

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha üç görüş keçiriləcək.

525.az xəbər verir ki, üçüncü oyun günündə D və C qrupunda oyunlar reallaşacaq.

Günün ilk matçı D qrupunda gerçəkləşəcək. Hamburq şəhərində Polşa və Niderland milliləri münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.

C qrupunun ilk görüşü isə Ştutqartda baş tutacaq. Saat 20:00-da başlayacaq oyunda Sloveniya yığması Danimarkanı sınağa çəkəcək.

Günün son qarşılaşması da eyni qrupda oynanılacaq. Helzenkirhen şəhərində, saat 23:00-da start götürəcək matçda Serbiya və İngiltərə seçmələri güclünü ayırd etməyə çalışacaq.

AVRO-2024
D qrupu, I tur

16 iyun

17:00Polşa - Niderland
Baş hakim: Artur Diaş (Portuqaliya).
Hamburq, “Folksparkştadion” stadionu.

C qrupu, I tur

20:00. Sloveniya - Danimarka

Baş hakim: Sandro Şerer (İsveçrə).

Ştutqart, "MHP Arena" stadionu.

23:00. Serbiya - İngiltərə

Baş hakim: Daniele Orsato (İtaliya).

Helzenkirhen, "Feltins Arena" stadionu.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.