https://525.az/img/pics/medium/2025-01/340391_tyu35cb2tq.jpg “525-ci qəzet”in 17 yanvar sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2025-01/340116_x00d8woz5j.jpg Azərbaycanın Batumda ilk konsulu Mahmud bəy Əfəndiyev: həyatı və siyasi-diplomatik fəaliyyəti
https://525.az/img/pics/medium/2025-01/340367_ksg1zmjjnz.jpg Yazmasam, borclu qalaram... - Abid Tahirli yazır
https://525.az/img/pics/medium/2025-01/340346_s7lzp1vf8p.png Ölülərdən dirilərə məktub - Mustafa Çəmənli yazır
search
16 Yanvar 2025

Azərbaycan idmançısı Avropa birincisi oldu

Azərbaycan idmançısı Avropa birincisi oldu

15-23 iyun tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir. 

QOL.az xəbər verir ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.

Bu gün onlardan daha biri – İsa Əliyev körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb. 

Atletimiz birdən qaldırma hərəkətində 112 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropanın ən yaxşısı olub. 

İdmançı təkanla qaldırma hərəkətində 137 kq-ı ram edib və bu hərəkətdə gümüş medalına sahib çıxıb.

Toplam 249 kq (112+137) nəticə göstərən İsa Əliyev yekun sıralamada da bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.