https://525.az/img/pics/medium/2023-06/271184_nf7tf8y9tp.jpg Sarı Aşığın ruh qovşağında - Ələsgər Əlioğlu yazır
https://525.az/img/pics/medium/2025-02/344915_nm4jggrus4.jpg Dil və din münasibətləri - İmran Verdiyev yazır
https://525.az/img/pics/medium/2025-02/344909_e3kynidlsd.jpg Xərçəngdən də ağır xəstəlik - So­sial şə­bə­kə­də ya­zı­lan­lar
https://525.az/img/pics/medium/2025-05/353503_ibba3j7dgn.jpg Vaqif Bəhmənli - sinəsində söz göyərdən şair - Vaqif Bəhmənli - 70
search
20 May 2025

"Rəqabətdən qorxmuram”

"Rəqabətdən qorxmuram”

"Komandada mehriban ah-hava var, hamı bir ailə kimidir. Sağ olsunlar, məni də çox yaxşı qarşıladılar”.

QOL.az saytına açıqlamasında bu sözləri bu sözləri “Zirə”nin yeni transferlərindən olan Aydın Bayramov deyib.

28 yaşlı qapıçı “Turan Tovuz”dan ayrıldıqdan sonra məhz “Zirə”ni seçməsinin səbəbini belə izah edib: “Zirə”yə qarşı simpatiyam var idi. Zəng gələndə heç düşünmədim də. Təklif gəldi, səhəri gün görüşüb söhbət etdik və razılaşdıq”.

A.Bayramov yeni komandasında rəqabətə hazır olduğunu bildirib: “Zirə”də digər mövqelərdə olduğu kimi, qapı xəttində də güclü rəqabət var. Lakin təkcə Tiaqo Silvanı deyil, Anar Nəzirovu da qeyd etməliyəm. Lakin rəqabətdən qorxmuram. Çalışacağam ki, özümü maksimum dərəcədə yaxşı tərəfdən göstərim və məşqçilərin etimadını doğruldum. Kimin oynayıb-oynamayacağına isə məşqçilər qərar verəcək”.

Artıq bir neçə gündür “Zirə” yeni mövsümün hazırlıqlarına başlayıb. Bayramov hazırlıqların yaxşı keçdiyini söyləyib: “Şükür Allaha, hər şey yaxşıdır. Boluda hər cür şəraitimiz var. Bütün komanda canla-başla məşqçilərin verdikləri tapşırıqları yerinə yetirir. Kollektivdə atmosfer əladır”.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.