|
|
|
|
Venesuela prezidenti Nikolas Maduro ölkədəki bəzi qrupların "WhatsApp" vasitəsilə zorakılıq və nifrət yaydığını əsas gətirərək canlı yayımda bu proqramı silib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Karakasda qatıldığı xüsusi televiziya verilişində telefon ekranını kameralara göstərən Maduro "WhatsApp" tətbiqini rəsmi olaraq silib.
Maduro, sosial liderlərin, eləcə də əsgərlərin və polisin WhatsApp tərəfindən təhdid edildiyini, buna görə də ictimaiyyətdən könüllü olaraq və tədricən "WhatsApp"ı silmələrini istəyib.
Malik Atilay