İngiltərənin şimal-şərqində yerləşən Hartlpul şəhərində miqrantlara qarşı iğtişaşlar zamanı polis maşınını yandıran 11 yaşlı uşaq saxlanılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Milli Polis Rəisləri Şurasının sədri Qevin Stivens məlumat verib.
O bildirib ki, həmin uşaq iğtişaşlar zamanı saxlanılanlar arasında yaşca ən kiçiyidir. Bu cür halların gələcəkdə təkrarlanmaması üçün Q.Stivens uşaq və yeniyetmələrlə dialoq aparılmasının vacib olduğunu söyləyib.
Bildirilir ki, ümumi İngiltərə üzrə iğtişaşlar zamanı 150 nəfər saxlanılıb ki, onlardan da 25 faizinin yaşı 21-dən aşağıdır.
İbrahim Cəfərov