|
|
|
|
Qlobal istiləşmə dünya iqtisadiyyatına mənfi təsir göstərir.
525.az xəbər verir ki, Corc Meyson Universiteti və Florida Universitetinin bir qrup amerikalı alimi Çinin Honq-Konq Universitetindən olan həmkarları ilə birgə apardıqları tədqiqat nəticəsində bu qənaətə gəliblər.
Komanda ABŞ şirkətlərinin rüblük satış rəqəmlərini 1990-cı ildən 2020-ci ilə qədər olan dövrdə onların iş yerlərindəki temperatur məlumatları ilə müqayisə edib. Nümun üçün 66 795 ticarət müəssisəsi seçilib.
Təhlillər göstərib ki, isti hava dövrlərində şirkətlərin satışları iri təşkilatlar üçün 4,3 -5,6% aralığında, orta və kiçik biznes üçün isə 8,8 -15,9%-ə qədər azalıb. Tədqiqatçılar güman edirlər ki, firmalar öz iş təcrübələrini korrektə etməklə yüksək temperaturun zərbəsini yumşalda biliblər.
Alimlər deyirlər ki, temperaturun təsiri qlobal iqtisadiyyat üçün gözlənilməz olub və hətta peşəkar investorları da təəccübləndirib.
Pərvanə Sultanova