“Avropada qazın qiymətinin artmasında mühüm amil Norveçin qaz sənayesi obyektlərində aparılan profilaktik işlər ola bilər”.
525.az xəbər verir ki, bunu Rusiyanın “Qazprom” şitkətinin rəsmisi Sergey Kupriyanov deyib.
“Analitiklərin fikrincə, keçən il olduğu kimi bu il də işlər ləngiyə bilər. Onlar, həmçinin qaz qiymətlərindəki artım tendensiyanın davam edəcəyini düşünürlər”, - şirkət nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Kursk vilayətinin Sucda ərazisində baş verən hadisələr həm təbii qazın, həm də LNG-nin qiymətlərinin kəskin artmasına səbəb olub və avqustun 9-da valyuta qiymətlərinin illik pik həddi qeydə alınıb.
Ukrayna Silahlı Qüvvələrinin daxil olmağa cəhd etdikləri Kursk vilayətində Rusiya qazının Avropaya ixrac olunduğu “Suc” qazölçmə stansiyası var.
Analitik İqor Yuşkov qeyd edib ki, Rusiya qazının Aİ-yə ixracının yarısı Sucdan keçir. Slovakiya və Avstriya bu marşrutdan asılıdır. Sonuncudan qaz İtaliya, Almaniya və Çexiyaya gedir.
Pərvanə Sultanova