“Avropa İttifaqı Macarıstanın şengen zonasından çıxarılması imkanını nəzərdən keçirməməlidir”.
525.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk deyib.
“Mən dövlətlərin Aİ-dən çıxarılması ilə bağlı bəyanatlarda ehtiyatlı olardım”, - hökumət rəhbəri əlavə edib.
Tuskun sözlərinə görə, Avropa macarları özündən uzaqlaşdırmamalıdır.
Daha əvvəl məlum olub ki, Avropa Parlamentinin bir qrup üzvü ruslar üçün viza ilə bağlı qərara görə Avropa Komissiyasını Macarıstanın şengen zonasında iştirakını dayandırmağa çağırıb.
Pərvanə Sultanova