Ermənistan prokurorluğu Konstitusiya Məhkəməsinin keçmiş sədri, sabiq ədliyyə naziri Hrayr Tovmasyanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edir.
525.az xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.
2019-cu ilin dekabrında Tovmasyana daşınmaz əmlak fırıldağına görə ittiham irəli sürülüb. İş materiallarına əsasən, o vaxt ədliyyə naziri olan Tovmasyan iki notariat kontorunun binasını ələ keçirərək notariusların özlərinə icarəyə verib.
Pərvanə Sultanova