Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə bəzi yerlərdə çiskin yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-11, gündüz 14-18 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə qədərə şaxta olacaq. Gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.