Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.
Lent.az-ın məlumatına görə, Nobel prospekti Zığ şossesi istiqamətində ("Ağ şəhər"in qarşısı) aparılan qazıntı işləri ilə əlaqədar yolun 3 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Sürücülərə alternativ olaraq Babək prospektindən istifadə etmələri tövsiyə olunur.