|
|
|
|

Osaka şəhərində 28 yaşlı sürücü idarə etdiyi avtomobili bir qrup məktəblinin üzərinə sürüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib.
Məktəbdən qayıdan uşaqlar yolu keçməyə çalışarkən, üzərlərinə avtomobil gəlib. Nəticədə 7 şagird yaralanıb. Onların hamısı xəstəxanaya yerləşdirilib, həyati təhlükə yoxdur.
Maraqlıdır ki, polis tərəfindən saxlanılan Yaki Yadzava adlı işsiz bunu qəsdən etdiyini bildirib. İfadəsində uşaqlardan zəhləsi getdiyini yazan saxlanılan şəxsə bir neçə maddə ilə ittiham irəli sürülüb.
L.Tağıyeva



