|
|
|
|

Paytaxt Santyaqonun qərbində Vinya-del-Mar şəhərindəki Kaupolikan bazarında faciə baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, idarəetmədən çıxan avtomobilin bazara girib və 20-ə yaxın adamı vurub.
Qəza nəticəsində azı 6 nəfər həyatını itirib. Daha 7 nəfər xəstəxanaya yerləşdirilib. Yerli polisdən verilən məlumata görə Çili Hərbi Dəniz Qüvvələrinin kapralı olan sürücü saxlanılıb.
Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır
L.Tağıyeva



