|
|
|
|

Qətərin sabiq əmiri Həməd ben Xəlifə əl-Tani dünən 75 yaşında dünyasını dəyişib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə əmirliyin dəftərxanası rəsmi məlumat yayıb.
Keçmiş əmirin ölümünün səbəbləri açıqlanmır. Əl-Tani 1995-2013-cü ildə dövləti idarə edib. Onun dövründə ölkədə müxtəlif islahatlar və yeniliklər həyata keçirilib.
Qeyd edək ki, mərhum 2013-cü ildə hakimiyyətdən oğlu, hazırki Qətər əmiri Tamim ben Həməd əl-Taninin xeyrinə imtina etmişdi.
L.Tağıyeva



