|
|
|
|

ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
"Biz Harvardı vergi statusundan məhrum etməyə hazırlaşırıq. Onlar buna layiqdirlər!" - o qeyd edib.
Daha əvvəl Harvard Universitetinin ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən bir neçə milyard dollar məbləğində maliyyələşdirmənin bloklanması fonunda 1 milyard dollar dəyərində aktivlərinin satışı ilə bağlı aktiv danışıqlar apardığı bildirilmişdi.



