|
|
|
|

İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər təsdiqlənib.
525.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Mühafizə zonalarında paylayıcı ilə əvvəlcədən razılaşdırılmaqla aşağıdakı təsərrüfat işləri aparıla bilər:
- dəmir yollarının, avtomobil yollarının, boru kəmərlərinin, rabitə xətlərinin, digər kommunikasiya qurğularının və elektrik şəbəkələrinin layihələndirilməsi, tikintisi, quraşdırılması və sökülməsi ilə bağlı şəbəkənin mühafizə zonasından istifadə etmək zərurəti yarandığı hallarda;
- torpaq sahələrində həmin sahələrin müvəqqəti subasması ilə əlaqədar işlərin görülməsi;
- torpaq işlərinin aparılması və planlaşdırılması;
- quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədilə geoloji-seysmik, geodeziya və başqa axtarış işləri;
- daşına bilən metal və ya ağac konstruksiyadan müxtəlif təyinatlı konteyner və ya köşklərin qoyulması.
Göstərilən işlərin şəbəkələrin mühafizə zonalarında aparılmasına dair rəsmi razılıq almış hüquqi və fiziki şəxslər həmin işlərin yerinə yetirilməsi zamanı şəbəkələrin istismarı üçün normal şərait yaradılmasını və zədələnməsinin qarşısının alınmasını, həmçinin insanların həyat və sağlamlığının təhlükəsizliyini təmin etməlidirlər. Mühafizə zonalarında göstərilən işlər görülərkən şəbəkənin istismarının dayandırılması zərurəti yarandığı hallarda şəbəkənin istismarının dayandırılması paylayıcı tərəfindən hüquqi və ya fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir.
Yeraltı şəbəkələrin tikinti konstruksiyalarından və ya boru kəmərlərinin kanalsız çəkilişində izolyasiya örtüyündən binalara, qurğulara və mühəndis şəbəkələrinə qədər olan şaquli məsafələr.



