|
|
|
|

Kriptovalyuta bazarında son sutkada əsas aktivlərdə eniş müşahidə olunub.
525.az xəbər verir ki, CoinMarketCap platformasında ən böyük kriptovalyuta olan “Bitcoin”in qiyməti son 24 saatda 0,48% azalaraq 76 585 ABŞ dollarına düşüb. “Ethereum”un qiyməti 0,14% azalaraq 2 091 ABŞ dollarına geriləyib.
Qızıl qiymətinə indekslənmiş aktivlər arasında “PAX Gold”un (PAXG) qiyməti 0,11% artaraq 3 346 ABŞ dollarına, “Tether Gold”un (XAUT) qiyməti isə 0,09% artaraq 3 340 ABŞ dollarına yüksəlib.
İlk onluqda “BNB” 0,22%, “Bittensor” (TAO) isə 2,15% artım göstərib. Digər tərəfdən, “Zcash”ın qiyməti 4,81%, “Monero”nun qiyməti isə 3,70% azalıb.
Qlobal kriptovalyuta bazarının kapitallaşması isə 0,31% azalaraq 2,56 trilyon ABŞ dollarına enib.



