Bu gün Futbolxeber.az saytının 2 yaşı tamam olur. Sayt 2 il əvvəl, 2013-cü il martın 15-də fəaliyyətə başlayıb.
525.az-ın məlumatına görə, bu barədə saytın baş redaktoru İbrahim Cəfərov öz "Facebook" səhifəsində yazıb:
"Əslində deyiləsi, yazılası çox söz var. Amma necə başlayacağımı bilmirəm. Qısaca onu deyim ki, 2 il ərzində hansı çətinliklərlə üzləşdiyimi, necə ağır şərtlər altında çalışdığımı yaxın dostlar bilir. Bununla belə, dayanmaq olmaz.
Futbolxeber.az-a dəstək olan hər kəsə minnətdaram. İnşallah, 2 il ərzində edə bilmədiklərimizi 3-cü yaş gününə kimi həyata keçirərik. Bizi oxuyan hər kəsə təşəkkür edirəm".
525.az olaraq təbriklərə biz də qoşuluruq.