Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə tərəfdaşlığı çərçivəsində “İlboyu bilik” proqramı üzrə “Yazmağı bacaracaqsan” layihəsi çərçivəsində jurnalist ixtisası almaq istəyən abituriyentlərə ödənişsiz kurslar təşkil edir.
TQDK-dan APA-ya verilən xəbərə görə, kurslarda abituriyentlərə qabiliyyət imtahanlarında uğur qazanmaları üçün esse yazmaq bacarıqları və vərdişləri aşılanacaq. Bakıda və Regionlarda keçiriləcək təlimlərə ali məktəblərin jurnalistika fakültələrində dərs deyən müəllimlər və təcrübəli jurnalistlər cəlb olunacaq.