Yaponiyanın “NTT DoCoMo” mobil rabitə operatoru "Fujitsu” korporasiyası ilə birlikdə gözün qüzehli qişasını tanıyan dünyanın ilk smartfonunu hazırlayacaq. Yeni texnologiyadan qurğu və mobil ödənişlərin blokdan çıxarılması üçün istifadəsi planlaşdırılır.
525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, orijinal identifikasiya sisteminə malik “Arrows NX F-04G” smartfonu şirkətlər tərəfindən soyğunçuluqla mübarizə üçün yaradılıb.
Gözün qüzehli qişasının tanınması nəzərə alınmasa, smartfonun digər texniki xüsusiyyətləri digər qurğularda olduğu kimi adidir. Belə ki, qurğu 5,2 düym ekran, 3 giqabayt operativ və istifadəçi məlumatlarının saxlanılması üçün 32 giqabayt tutumlu yaddaşla təchiz edilib. “Arrows NX F-04G” smartfonu “Android 5.0” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.
Telefonun əvvəlcə yalnız Asiyada satılması nəzərdə tutulur. Lakin tezliklə qurğunun qərb regionlarında da satışa çıxarılacağı gözlənilir, - "Lenta” yazır.