|
|
|
|
Bakı-2015 I Avropa Oyunlarının VII günündə növbəti medal dəstlərinin sahibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının aktivindəki medalların sayı 29-ə çatıb.
12 qızıl, 5 gümüş və 12 bürüncü olan komandamız həm qeyri-rəsmi komanda hesabında, həm də ümumi medal sayında 2-ci pillədə qərarlaşıb.
Medal sıralamasında lider Rusiyadı. Yarışın 4-cü günündə zirvəni ələ keçirən şimal qonşularımızın hesabında 40 mükafat var. Bunların 22-si qızıl, 9-u gümüş, 9-u bürüncdü. Hesabında 7 qızıl, 1 gümüş və 5 bürünc olan Macarıstan millisi 3-cü pillədə qərarlaşıb.