Qışın gəlişindən xəbər verən naringiyə artıq bazarlarda rast gəlmək mümkündür. Bir çox xroniki sağlamlıq problemlərinin müalicəsi üçün lazımlı olan naringinin faydaları saymaqla bitməz. Bol C və A vitamini ilə döş xərçənginin qarşısını alan naringi gözəllik məsələsində də qadınların ən böyük dostudur.
Aile.lent.az naringinin faydalarını təqdim edir.
- Tərkibindəki C vitamini sayəsində döş, ağciyər, sütun xərçənglərinin qarşısını alır.
- Piylənmə və yüksək xolesterol riskini azaldır.
- İmmunitet sistemini gücləndirən naringi eyni zamanda sağlam dəri toxumalarının formalaşmasına yardım edir.
- Yeməkdən 1-2 saat sonra yeyilən naringi yuxusuzluq problemi yaşayanlar üçün də faydalıdır.
- Tərkibindəki təbii antioksidanlar sayəsində dərini canlandırır.
- Kollagen prosesini sürətləndirən naringi, dəridəki qırışları aparır və dərinin daha gec yaşlanmasını təmin edir.
- Sızanaq problemi yaşayanlar üçün A vitamini sayəsində dəri xəstəliklərində müalicəedici effekt verir.
- Saçlarda ağarmanı əngəlləyən naringi eyni zamanda cansız saçları gücləndirərək, tez bir zamanda uzanmasına yardım edir.