|
|
|
|
Kupçaların (mülkiyyət hüququnun ilkin qeydiyyatı) kütləvi verilməsi aksiyası Bakıda jurnalistlər üçün tikilmiş binada keçiriləcək.
“Trend”in məlumatına görə, bunu jurnalistlərə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib.
Onun sözlərinə görə, jurnalistlər üçün tikilmiş binada çıxarışların verilməsinə gələn həftə başlanılacaq.