- Məşhur türkoloq, uzun müddətdir Türkiyədə yaşayan və yaradıcılıqdan uzaqlaşan Kamil Vəli Nərimanoğlunun yazdığı "Şəbi-yelda"da yarım əsrdən çox vaxt keçəndən sonra ilin ən uzun gecəsinin doğurduğu xatirələr fonunda yenidən yaddaşında canlanan sevimli qız və istəkli müəllim obrazları nələri xatırladır?
- "Xalqla dövlətin sarsılmaz birliyi" - politoloq Emin Həsənli ölkə gündəmini şərh edir;
- "Böhrandan xilasın Azərbaycan modeli" - Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin təhlili;
- AŞ PA-da Ermənistana qarşı qətnamələr qəbul olunacaqmı? - politoloqlar danışır;
- "Şahmat dünyası və ilahə Kaissanın kahinləri" - Siyasi xadim və yazıçı Telman Orucov bu qədim Şərq oyununun tarixindən söhbət açır;
- “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər - Bakı Dövlət Universitetinin pedaqoqu və mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun araşdırması;
- "Ağdamda nəyim qaldı?" - Əli Əmirlinin avtobioqrafik romanını hissə-hissə oxuculara təqdim etməkdə davam edirik;
- “Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu kimindir? - Bədirxan Əhmədli Əli bəy Hüseynzadə irsindən silsilə araşdırmaları davam etdirir;
- "Baltik ölkələrində Azərbaycan mədəni irsini yayma yolları" - Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü Mahir Həmzəyev Vilnüsdən məxsusi olaraq "525-ci qəzet" üçün yazır;
- "Adım yaddaşlardan silinməyəcək" - Nasir-publisist Mustafa Çəmənli mərhum Xalq şairi Zəlimxan Yaqubdan söz açır;
- Qulu Ağsəs: "Fəxri ad almağım gözlənilməz oldu;
- Son dövrdə türk ədəbiyyatı özünə qayıtmaqdadır" - Özgə Səna Bilgəç Çavın Ayişə Nəbi ilə söhbəti;
- Pedaqoji Universitetin Cəlilabad filialının yaradıcı tələbələrinin yazıları;
- "Şeirin əfsunu" - Yusif Nəğməkarın 60 yaşına - Bəstəkar Razim Paşayev yazır;
- ən maraqlı mədəniyyət, siyasət, iqtisadiyyat və idman xəbərləri, müsahibələr;
- və s.
BU ŞƏNBƏ KÖŞKLƏRDƏN "525-ci QƏZET" ALMAĞI UNUTMAYIN