Yanvarın 22-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Radio UNEC-in qonağı olacaq.
Universitetdən 525.az-a verilən məlumata görə, rektor saat 19:00-dan 21:00-dək canlı efirdə tələbələrin və ictimaiyyət nümayəndələrinin qış imtahan sessiyas ilə bağlı suallarını cavablandıracaq.
Rektora sualınızı ünvanlamaq üçün bu formanı doldurmağınız kifayətdir: http://goo.gl/forms/2Xnt3FR1I3
Radio UNEC-i dinləmək üçün: http://radio.unec.edu.az/
Qeyd: UNEC-də imtahan sessiyasında tələbələ və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə bütün tədris binalarında “Qərargah” yaradılıb. İmtahanlarla bağlı sual, təklif və iradların operativ araşdırılması üçün universitetin “Qaynar xətt”inə (146-1-3) müraciət etmək mümkündür.
Əlavə olaraq, tələbələr Elektron Apellyasiya Sistemi vasitəsilə də “online” formada müraciətlərini ünvanlaya bilirlər. Sessiya dövründə UNEC-in rektoru hər həftənin şənbə günü “Açıq qapı” günü keçirir.