“Ölkədə struktur islahatları aparılır. Bu prosesdə nə qərar olacaqsa, biz də tabe olacağıq”.
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə TQDK və Təhsil Nazirliyinin birləşməsi barədə məlumatlara münasibət bildirərkən deyib.
O bildirib ki, bununla bağlı yuxarı orqanlardan onlara hələlik hər hansı məlumat daxil olmayıb:
“İslahatlar çərçivəsində nə qərar qəbul olunacaqsa, biz də tabe olacağıq. Mən üzümü abituriyentlərə, valideynlərə tuturam: Hər hansı qərar qəbul olunacağı təqdirdə belə sizin bilikləriniz düzgün və obyektiv aparılacaq. Heç bir dəyişiklik sizə təsir göstərməyəcək. Heç kimin 11 il əziyyət çəkən uşaqlara zərbə vurmaq fikri yoxdur”.