Aprelin 4-də Azərbaycan Turizm və Menecment Universitetində ali təhsil müəssisəsinin tədris işləri üzrə prorektoru Eldar Aslanovla Türkiyə Respublikasının Kahramanmaraş Sütçü İmam Universitetinin prorektoru İsmayıl Bakanın görüşü keçirilib.
Universitetdən verilən məlumata görə, E. Aslanov və İ.Bakan Azərbaycan Turizm və Menecment Universiteti ilə Türkiyənin nüfuzlu universitetləri,eləcədə müvafiq təşkilatları arasındakı işgüzar əməkdaşlıq münasibətləri konteksində fikir mübadiləsi aparıblar.
Həmkar şəxslərin görüşündə Mevlana Mübadilə proqramı çərçivəsində Turizm Universitetinin (ATMU) tərəfdaş universitetlərlə tələbə və müəllim mübadiləsi sahəsində fəaliyyətinə daha çox diqqət ayrılıb.Qarşılqlı razılaşmaya əsasən növbəti tədris ilindən Turizm Universiteti Mevlana Mübadilə proqramı çərçivəsində Türkiyənin daha bir ali təhsil ocağı-Kahramanmaraş Sütçü İmam Universiteti ilə bir sıra istiqamətlərdə əməkdaşlıq əlaqələrinin qurulub inkişaf etdirilməsi nəzərdə tutulub.
Tərəflər magistratura təhsil pilləsində əməkdaşlıqa maraqlı olduqlarını bildiriblər.
Vəfa MƏMMƏDLİ