Aprelin 5-də Azərbaycan Dillər Universitetində (ADU) universitet tələbələrinin təşkilatçılığı ilə “Şəhidlər ölməz, Vətən bölünməz” adlı fləşmob keçirilib.
Universitetdən verilən məlumata görə, fləşmobun əsas məqsədi orduya dəstək vermək, əsgərlərimizdə ruh yüksəkliyi yaratmaq idi.
Tədbirdə universitetin Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, müəllim və tələbə heyəti iştirak edib.
Prorektor Ə.Əliyev tələbələrə hər zaman milli ruhlu tədbirlər təşkil etməyi, sosial şəbəkələrdə xarici dillərdə məqalələr, ismarıclar yazaraq bütün dünyaya Azərbaycan tarixini, Qarabağ faciəsini, hazırda cəbhə bölgələrində gedən prosesləri, xalqımızın mərdlik və vətənpərvərliyini nümayiş etdirməyi tövsiyyə edib.
Sonda universitetin müəllim-tələbə heyəti Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib.
Vəfa MƏMMƏDLİ