Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Diplomat” klubu və “Mənim Təhsilim, Mənim Gələcəyim” kampaniyasının birgə təşkilatçılığı ilə gənc diplomat, AMEA-nın aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı Dillər Universitetində olub.
Universitetdən verilən məlumata görə, qonaq seminar çərçivəsində “Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri”, “Azərbaycanın regional və beynəlxalq əlaqələri”, “Azərbaycan ilə Yaxın və Orta Şərq ölkələrinin münasibətləri”, “Azərbaycan-İran”, “Azərbaycan-Türkiyə”, “Azərbaycan-Səudiyyə Ərəbistan”, “Azərbaycan-İsrail” və digər mövzularda fikirlərini layihə iştirakçıları ilə bölüşüb.
Seminar iştirakçıları maraqlandıran sualların müzakirəsi ilə davam edib.
Vəfa MƏMMƏDLİ