Tanınmış Rusiyalı quruluşçu baletmeyster və müəllim Aleksandra Tixomirova 7-9 aprel tarixlərində Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçirib.
Akademiyadan verilən məlumata görə, A.Tixomirova Sankt-Peterburq Dövlət Teatr Sənəti Akademiyasının müəllimi və Belarus Respublikası Akademik Böyük Opera və Balet Teatrının quruluşçu baletmeysteridir.
Baletmeysterin akademiyasındakı ustad dərslərində tələbələr klassik rəqs sənətinin incəlikləri barədə geniş məlumat alıb, onlara müxtəlif xoreoqrafik elementlər və nadir rəqs hərəkətləri nümayiş etdirib.
Ustad dərsləri Akademiyanın müəllim və tələbələrinin böyük marağına səbəb olub.
Vəfa MƏMMƏDLİ