Macarıstan xarici işlər və ticarət nazirinin müavini, təhlükəsizlik siyasəti və beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri István Mikola aprelin 25-də Bakıya gələcək.
Macarıstanın Azəbaycandakı səfiri İmre Laslotskinin APA-ya verdiyi məlumata görə, István Mikola BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal forumunda iştirak edəcək.
Səfir bildirib ki, onun forumda “Dayanıqlı inkişaf” mövzusunda çıxışı gözlənilir.