Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya parlamentinin uydurma “erməni soyqırımı”nı tanımasına münasibət bildirib.
APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, Keniyada səfərdə olan R. T. Ərdoğan baş nazir Binəli Yıldırımla əlaqə saxladığını və qərarla bağlı ilk addımı müəyyənləşdirdiklərini bildirib:
“İlk addım kimi səfiri geri çağırdıq.
Almaniya parlamentinin qərarı Almaniya-Türkiyə əlaqələrinə ciddi şəkildə təsir edəcək.
Vətənə qayıtdıqdan sonra oturub, geniş təhlil aparacağıq və sonrakı addımları müəyyənləşdirib, yekun qərar verəcəyik”.