Hal-hazırda əsas məqsəd Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin hazırkı maliyyə bölgüsü çərçivəsində yeni investisiya təkliflərinin dəyərləndirilməsi və potensial investisiya istiqamətlərinin müəyyən edilməsidir.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq fonddan bildirilib.
"Məlum olduğu kimi, ARDNF-in investisiya siyasətinin əsas məqsədi risklərin minimum yol verilə bilinən həddində gəlirliliyin artırılmasına yönəlmiş investisiya portfelinin qurulmasıdır.
Bildiyiniz kimi, bu istiqamətdə, 2012-ci ildən etibarən investisiya portfelinə səhmlər (özəl səhmlər daxil olmaqla), daşınmaz əmlak, qızıl kimi maliyyə alətləri əlavə edilmiş və hazırkı investisiya siyasətinə əsasən onların çəkisi ümumilikdə portfelin 30%-ə qədərini təşkil edə bilər", - deyə məlumatda vurğulanıb.