1918-ci il. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edilib.
Həmin qərar ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir.
27 iyun Ümumdünya Balıqçılıq Günüdür.
1985-ci ildən başlayaraq hər il qeyd olunan həmin gün 1984-cü ildə Romada keçirilən balıqçılığın tənzimlənməsi və inkişafı üzrə beynəlxalq konfransın qərarı ilə təsis edilib.
1615-ci il. Hollandiyalı və portuqaliyalı tacirlər ilk dəfə olaraq Çindən Avropaya çay gətiriblər.
Süfrəmizin ayrılmaz hissəsi olan çayı avropalılar uzun müddət müalicəvi xarakterli içki hesab ediblər.
1931-ci il. Məşhur ixtiraçı İqor Sikorski ABŞ-da ilk dəfə helikopteri patentləşdirib.
2013-cü il. Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq Artisti Siyavuş Aslan vəfat edib (1935-2013).