https://525.az/img/pics/medium/2024-05/314040_5nku9s2x5u.jpg Yazıçılar Birliyində Dayandur Sevginin yubileyi qeyd edilib
https://525.az/img/pics/medium/2024-05/314034_vryw7w225x.jpg Sülhməramlıların gedişi
https://525.az/img/pics/medium/2024-05/314013_yfln8gj4to.jpg “525-ci qəzet”in 17 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-02/216957_adlrfmro23.jpeg Yaşıl dünya naminə həmrəyliyin Azərbaycan nümunəsi - Zakir Bayramlı yazır
search
17 May 2024
16 May 2024

"İtaliya qurbanlıq quzu olmağa hazırlaşmır"

"İtaliya qurbanlıq quzu olmağa hazırlaşmır"

Bü gün “Avro-2016”nın erkən finalı da adlandırılan İtaliya – İspaniya oyunu keçiriləcək.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, hər iki komandanın baş məşqçisi matçla bağlı fikirlərini bildiriblər.

Antonio Konte, İtaliya millisinin baş məşqçisi:
                            
- Biz İspaniyaya hörmət edirik. Dünyanın ən güclü komandalarından və bu yarışın favoritlərindən biridir. Matça yaxşı hazırlaşmışıq. Bugünkü görüş iki komandadan biri üçün “Avro-2016”da son oyun olacaq. Çox adam bizim müdafiə xəttimizdən danışır. Amma mən istəyirəm ki, İspaniya bütövlükdə bizim komandadan çəkinsin. Biz qurbanlıq quzu olmağa hazırlaşmırıq. İspanlar sübut etməlidir ki, bizdən güclüdülər. Bizim müdafiəmiz güclüdür, amma hücum xətti ki, belə deyil. Sensasiya yaratmağa çalışmalıyıq.

Visente del Boske, İspaniya millisinin baş məşqçisi:

- Bundan öncəki Avropa çempionatının ilk oyununda İtaliya ilə qarşılaşmışdıq. İtaliya yaxşı təsir bağışladı, matç hec-heçə yekunlaşdı. Amma həmin çempionatda biz italiyalılarla bir dəfə də üz-üzə gəldik. Bu dəfə finalda və qələbə qazandıq. Bugünkü matçla həmin oyunlar arasında hansısa müqayisə aparmayacağıq.

Bu dəfə bizim hansı oyunu nümayiş etdirəcəyimiz, hansı futbolçiıarın xidmətində istifadə edəcəyimizlə bağlı dəqiq təsəvvürümüz var. Qalır bunları yalnız əməli işdə həyata keçirmək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.