https://525.az/img/pics/medium/2024-05/314034_vryw7w225x.jpg Sülhməramlıların gedişi
https://525.az/img/pics/medium/2024-05/314013_yfln8gj4to.jpg “525-ci qəzet”in 17 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-02/216957_adlrfmro23.jpeg Yaşıl dünya naminə həmrəyliyin Azərbaycan nümunəsi - Zakir Bayramlı yazır
https://525.az/img/pics/medium/2024-05/314003_yp6ycv6qnf.jpg Yüz illər boyu ölməz
search
17 May 2024
16 May 2024

"Kəpəz"dən erməni məsələsinə etiraz

"Kəpəz"dən erməni məsələsinə etiraz

Avropa Liqasının I təsnifat mərhələsində “Kəpəz”in qonağı olacaq Moldovanın “Daçiya” klubunun saytında ciddi səhvə yol verilib.

Qol.az-ın məlumatına görə, Moldova təmsilçisinin rəsmi saytı oyunun keçiriləcəyi "Dalğa Arena"nın yerləşdiyi Mərdəkanı qəsəbəsini erməniəsilli məkan kimi təqdim edib.

Yazıda bildirilir: "Komandamız dünən "Kəpəz"lə matçın keçiriləcəyi stadionda məşq edib. Söhbət 5 il öncə inşa edilmiş "Dalğa Arena"dan gedir. Stadion Bakıdan 34 km aralıda "erməni adı olan "Makrudyan" qəsəbəsində yerləşir. Amma burada ermənilərə aid heç nə yoxdur. Sakinlər isə Qafqaz farslarının davamçıları olan tatlardan ibarətdir".

Artıq "Kəpəz" məsələ ilə bağlı rəsmi münasibətini bildirərək qarşı tərəfə etiraz məktubu göndərib.

Qeyd edək ki, bu gün keçiriləcək "Kəpəz" - "Daçiya" oyunu saat 20:00-da başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.