https://525.az/img/pics/medium/2024-05/314034_vryw7w225x.jpg Sülhməramlıların gedişi
https://525.az/img/pics/medium/2024-05/314013_yfln8gj4to.jpg “525-ci qəzet”in 17 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-02/216957_adlrfmro23.jpeg Yaşıl dünya naminə həmrəyliyin Azərbaycan nümunəsi - Zakir Bayramlı yazır
https://525.az/img/pics/medium/2024-05/314003_yp6ycv6qnf.jpg Yüz illər boyu ölməz
search
17 May 2024
16 May 2024

"Kəpəz"in rəqibi Azərbaycan xalqından üzr istədi

"Kəpəz"in rəqibi Azərbaycan xalqından üzr istədi

Moldovanın "Daçiya" klubu rəsmi saytında Bakının Mərdəkan qəsəbəsi ilə bağlı yol verilən yanlışlıq aradan qaldırılıb.

Qol.az-ın məlumatına görə, klubun prezidenti Adlan Şişxanov mətbuat xidməti tərəfindən buraxılmış səhvlə əlaqədar Azərbaycan xalqından üzr istəyib.

Şişxanov klubun rəsmi saytına açıqlamasında bunları deyib: "Saytımızdakı yanlışlığa görə bütün Azərbaycan xalqı və "Kəpəz" azarkeşlərindən üzr istəyirəm. "Daçiya" heç vaxt siyasətlə məşğul olmayıb. Bu kobud və ağlasığmaz qəbahətlə bağlı bizi bağışlamağınızı xahiş edirik. Biz heç bir halda heysiyyata toxunmaq istəməzdik".

Klub və rəhbərlik isə belə yanlışlığa yol verməklə heç bir sətiraltı və gizlin təxribat güdmədiklərini bəyan edib: "Biz Bakıya bunun üçün gəlməmişik. Bununla yanaşı, bizə düzgün informasiyanın verilmədiyini də istisna etmirik. Sözsüz ki, biz rəqibimizə və bütün Azərbaycan xalqına hörmətlə yanaşırıq. Ona görə də xoşagəlməz insidentlə əlaqədar üzrxahlığı vacib sayır və ümid edirik ki, bu, ənənəvi dostluq münasibətlərimizə təsir etməyəcək".

Qeyd edək ki, "Kəpəz" klubunun rəsmi etiraz məktubundan sonra "Daçiya"nın rəsmi saytındakı yanlışlığa düzəliş edilib.

Xatırladaq ki, "Daçiya"nın rəsmi saytı daha öncə "Kəpəz"lə oyunun keçiriləcəyi "Dalğa Arena"nın yerləşdiyi Mərdəkan qəsəbəsini erməniəsilli məkan "Makrudyan" kimi təqdim etmişdi.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.