Beynəlxalq tədqiqat qrupu Neptun planeti ətrafında Günəş sisteminə xarakterik olmayan orbitə malik obyekt tapıb.
Bu barədə “New Scientist” xəbər portalı məlumat yayıb.
Mütəxəssislərin qiymətlərdirmələrinə görə, qeyri-adi tapıntı Neptundan 160 min dəfə daha sönükdür. Onun diametri təxminən 200 kilometr təşkil edir.
Alimlər bildirirlər ki, kosmik cisim Günəş sisteminə xarakterik olmayan orbitdə hərəkət edir. Belə ki, obyekt Günəş ətrafında digər planetlərə nisbətən perpendikulyar dövrə vurur. Müəmmalı tapıntıya Niku adı verilib. Bu da Çin dilindən tərcümədə “üsyankar”, “tabe olmayan” mənasını verir.
AzərTAc