Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR 4 Qərbi Balkan ölkəsi ilə Anlaşma Memorandumu imzalayıb.
“APA-Economics”in Xorvatiya mətbuatına istinadən verdiyi məlumata görə, avqustun 25-26-da Dubrovnik Forumu çərçivəsində imzalanan Anlaşma Memorandumu İon-Adriatik Qaz Kəməri (IAP) layihəsinin gələcək inşası ilə bağlıdır. Memorandum SOCAR və Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında inzalanıb.
Qeyd edək ki, Xorvatiya, Monteneqro və Albaniya Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilməsi ehtimal edilən İAP üzrə bəyannamə 2007-ci ildə imzalanıb. Bu kəmər ilə illik 5 mlrd. kubmetr qazın nəql edilməsi nəzərdə tutulur.