Azərbaycanın İrandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Eligəşt” turizm şirkəti tərəfindən fars dilində “Odlar diyarı - Azərbaycan” adlı jurnal nəşr olunub.
Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, jurnalda paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da turizm potensialı əks etdirilib, Azərbaycanın gəzməli-görməli yerləri, mətbəxi və adət-ənənələri haqqında geniş məlumat yer alıb.
Nəşrdə Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti, tarixi və memarlıq abidələri, muzeyləri və təbiəti haqqında da materiallar verilib.