Növbəti ilin dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan hesablamaq lazımdır.
Bunu "APA-Economics"ə energetika naziri Natiq Əliyev bildirib.
Nazirin sözlərinə görə, bu rəqəm indiki şəraitdə ən optimal və daha realdır.
"Neft hasilatçısı olan bir sıra ölkələr, o cümlədən, bizim qonşularımız da gələn ilin dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan götürüb.
Hesab edirəm ki, indiki şəraitdə bu rəqəm ən optimaldır. Bu, mənim şəxsi fikrimdir", - deyə nazir qeyd edib.