“Bu il Azərbaycana gələn turistlərin sayında kifayət qədər artım müşahidə olunub”.
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, viza rejiminin sadələşdirilməsi, qonaqpərvərlik sahəsində aparılan iş müsbət nəticəsini verməkdədir:
“Hazırda biz otellərdə yerlərin məhdudluğu ilə rastlaşırıq. Azərbaycana gələn insanlar otellərdə çox vaxt yer tapa bilmirlər. Bu, stimuldur. Növbəti mərhələdə yeni otellərin tikilməsi nəzərdə tutulur”.