2008-ci il. Zaqatala Beynəlxalq Hava Limanı açılıb.
Prezident İlham Əliyev açılış mərasimində iştirak edib. Uçuş-enmə zolağının uzunluğu 2200 metr olan hava limanına 2009-cu ildə beynəlxalq status verilib.
1841–ci il. Fransa ilə İsveçrə arasında dünyada ilk ölkələrarası dəmir yolu istifadəyə verilib (Strasburq-Bazel).
Dəmir yolunun uzunluğu 141,3 kilometrdir.
1888-ci il. Dünyada ilk dəfə olaraq Belçikada gözəllik müsabiqəsi keçirilib.
Finalda 21 iştirakçının mübarizə apardığı müsabiqənin qalibi 18 yaşlı Fransa nümayəndəsi olub.