1993-cü il. Xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan prezidenti seçilib.
H.Əliyev ölkəmizdə siyasi gərginliyin, hakimiyyət böhranının kəskinləşdiyi bir dövrdə hakimiyyətə gəldi.
Həmin vaxt xaos və anarxiya respublikanı bürümüşdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. Bir tərəfdən də Ermənistanın təcavüzü ilə üzləşən ölkəmiz təşviş içində idi.
O, hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtuldu, ölkəmiz sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşdu.
2009-cu il. Naxçıvan Muxtar Respublikasında türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə görüşü keçirilib.
Zirvə görüşündə Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev və Türkiyə prezidenti Abdullah Gül Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişini imzalayıblar.
1990-cı il. Almaniya vahid dövlətdə birləşib.
Ölkənin yenidən birləşməsinə Almaniya Demokratik Respublikası (Şərqi Almaniya) vətəndaşlarının dinc inqilabı nəticəsində nail olunub.
Xarici siyasət baxımından isə birləşmə dörd qalib gücün razılığı əsasında mümkün olub.
Almaniyaya göstərilmiş bu etimad yenidən birləşmiş ölkə üçün beynəlxalq müstəvidə böyük məsuliyyət yaradıb.
Vahid dövlətdə birləşdikdən sonra Almaniya siyasi və iqtisadi sahədə çox böyük inkişafa nail olub, Avropanın ən böyük iqtisadiyyatına malik ölkəsinə çevrilib.