1966-cı il. 1966-cı ildə UNESCO-nun və Beynəlxalq Əmək Təşkilatının təşəbbüsü ilə keçirilən konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb.
1994-cü ildən isə həmin tarix UNESCO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib.
Bu tarix BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyinə, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutur.
Hazırda dünyanın 100-dən çox ölkəsində geniş qeyd olunur. Lakin bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə Müəllimlər Günü qeyd edilir.
1896-cı il. Almaniyalı fizik Vilhelm Rentgen yeni elektromaqnit dalğalarını kəşf edib.
Bu dalğalar sonradan “Rentgen şüaları” adlandırılıb.
V.Rentgen bu kəşfinə görə 1901-ci ildə Nobel mükafatına layiq görülüb.
1921-ci il. Londonda ingilis yazıçısı Katerina Ami Davson Skot və Con Qolsuorsi tərəfindən bütün dünya yazıçı və şairlərini birləşdirən təşkilat – PEN təsis edilib.
Təşkilatın yaradılmasının əsas məqsədi dünyada yazıçılar arasında dostluq və əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdir.
Hazırda assosiasiyanın yüzdən çox ölkədə PEN mərkəzləri (klubları) fəaliyyət göstərir.
1944-cü il. Fransada qadınlara ümumi seçki hüququ verilib.
AzərTAc