https://525.az/img/pics/medium/2024-05/312159_zeckt12jl9.jpg “525-ci qəzet”in 2 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg "Azərbaycan COP29 ilə bir daha dünyaya nümunəvi inkişaf modeli təqdim edəcək"
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2023-04/263948_uuvy11xi8l.jpg Nar ağacı çiçəkləyəndə... - Allahverdi Eminov yazır
search
1 May 2024

Arda millidən gedir?

Arda millidən gedir?

"Barselona"nın futbolçusu Arda Turan Türkiyə millisində karyerasını başa vuracağı iddialarına münasibət bildirib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, yığmaya dəvət olunacağı təqdirdə, bunu qəbul edəcəyini deyib:

"Məqsədim həmişə türk futbolu üçün oynamaqdır. Buna görə hər şey edəcəyimə söz verirəm. Milliyə gəl desələr, gələcəm, get desələr, gedəcəm. Başqa heç bir açıqlama vermək istəmirəm. Mənim üçün İspaniyada hər şey yaxşı gedir. Fikrimi ancaq "Barselona"nın uğur qazanmasına yönəltmişəm".

O, Türkiyə millisinin DÇ-2018-in seçmə mərhələsində Ukrayna ilə keçirəcəyi oyun haqda da danışıb:

"Milli üçün önəmli matç olacaq. Komanda yoldaşlarımı dəstəkləyəcəm. Həm biz, həm xalqımız dualarımızla milli komandamızı sona kimi dəstəkləməliyik. Ümid edirəm ki, hər iki oyunda qalib gəlib 6 xal qazanacağıq".

Qeyd edək ki, A.Turan DÇ-2018-in seçmə mərhələsində Ukrayna və İslandiya ilə oyunlar üçün yığmaya çağırılmayıb. O, bundan əvvəl Xorvatiya ilə görüş üçün də milliyə dəvət edilməyib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.