https://525.az/img/pics/medium/2024-05/312159_zeckt12jl9.jpg “525-ci qəzet”in 2 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg "Azərbaycan COP29 ilə bir daha dünyaya nümunəvi inkişaf modeli təqdim edəcək"
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2023-04/263948_uuvy11xi8l.jpg Nar ağacı çiçəkləyəndə... - Allahverdi Eminov yazır
search
1 May 2024

“Qurban Qurbanov dövlət içində dövlətdir”

“Qurban Qurbanov dövlət içində dövlətdir”
“Mən Qurban Qurbanovdan hesabları tez-tez soruşmuram”.

Apasport.az saytının xəbərinə görə, bu sözləri “Qarabağ”ın fəxri prezidenti Abdolbari Gözəl deyib.
 
Ağdam klubunun rəhbəri bu mövsüm çempionluq yolunda əsas rəqibləri olan “Qəbələ”ni tərifləyib: “Bu yaxınlarda eşitdim, deyirlər ki, Azərbaycanda güclü futbol klubu yoxdu, biz də rəqabət hiss edək, səviyyəmizi artıraq. Amma o gün "Qarabağ" getdi Qəbələyə və məğlub oldu. Dedim ki, al, bu da sənə rəqabət”.
 
Gözəl qeyd edib ki, “Qarabağ”a maliyyə dəstəyi azaldılmayıb: “Qarabağ”a maliyyə dəstəyimizi azaltmamışıq. “Qarabağ” həm Azərbaycan, həm də bizim üçün qürur mənbəyidi. Mənim “hava atmaq”la işim yoxdu. Pul qazandıqca, onu son qəpiyinə qədər, cibimizə qoymadan, “Qarabağ”a xərcləyəcəyik. Nə vaxt ki, gücümüz tükənər, bayrağı endirərik, o zaman biri gəlib, bu bayrağı qaldırar. “Qarabağ”ı əlimizdən gəldiyi qədər dəstəkləməkdə davam edəcəyik. “Qarabağ” Azərbaycan üçün sıradan deyil, mənəvi klubdu. Bu komanda Dağlıq Qarabağın Azərbaycana aid olmasına bir sübutdu. Müxalif, təcavüzkar ölkə çox təəccüblənib ki, bu ad hardan çıxdı, nə etdilər, bunu hansı məbləğə almaq olar? Amma klubumuz satılmır. Biz onu saxlayacağıq, bu, bizim boynumuzun borcudu”.
 
“Qarabağ”ın son oyunlarına münasibət bildirən A. Gözəl bunları deyib: "O gün mən də bir az üzüldüm. Amma futbol belədi, futbolçuların əhval-ruhiyyəsi dəyişir. Ya məğrurlaşır, ya da “havaya girirlər”. Eyni tempdə olmurlar. “Barselona” 900 milyon dollarlıq klubdu. O gün qarşısındakı rəqib 80 milyon dəyərində idi. Dedim ki, “Barselona” yüz faiz qələbə qazanar. Amma “Barselona”ya 4 qol vurdular. Belə şeylər məni bir az rahatladır. Klubun üstünə getməyə hazırlaşırdım. Daha qıymıram. Bu, Qurban müəllimin işidi. Qurban dövlət içində dövlətdi. Nə istəsə, edir. Gileylənəcəkdim, amma “Barselona”nın məğlubiyyətini gördükdən sonra fikrimi dəyişdim. O hərdən geri, hərdən irəli gedəcək. Amma “Qəbələ” də hazırda çox güclü klubdu. Belə bir komandanın olmağı həm “Qarabağ”ın, həm də “Qəbələ”nin xeyrinədi".
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.