https://525.az/img/pics/medium/2024-05/312159_zeckt12jl9.jpg “525-ci qəzet”in 2 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg "Azərbaycan COP29 ilə bir daha dünyaya nümunəvi inkişaf modeli təqdim edəcək"
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2023-04/263948_uuvy11xi8l.jpg Nar ağacı çiçəkləyəndə... - Allahverdi Eminov yazır
search
1 May 2024

Millimizdən ardıcıl ikinci qələbə

Millimizdən ardıcıl ikinci qələbə

Azərbaycan milli komandası bu gün DÇ-2018-in seçmə mərhələsində ikinci oyununa çıxıb.

Qol.az xəbər verir ki, ilk ev matçında yığmamızın rəqibi Norveç millisi olub.

İlk görüşündə səfərdə San Marinonu üstələyən Robert Prosineçkinin komandası ardıcıl ikinci qələbəsini qazanıb və liderliyi ələ keçirib. Əgər komandamızın ən yaxın izləyicisi Almaniya bu gün Çexiya ilə keçirəcəyi oyunda xal itirsə, o zaman komandamız ikinci turu qrup lideri kimi başa vuracaq.

Qeyd edək ki, bugünükü uğur milli komandamızın Avropa və dünya çempionatları tarixində ən yaxşı başlanğıcıdır. Millimiz 1994-cü ildən qatıldığı rəsmi yarışların heç birində startda iki oyunda qalib gəlməmişdi.

DÇ-2018-in seçmə mərhələsi

C qrupu

II tur

8 oktyabr

20:00 Azərbaycan - Norveç - 1:0
Qol
: Maksim Medvedev, 11 (1:0)
Hakimlər: Liran Liani, David Elyas Bitton, Nissan Davidi, Eytan Şmuelevitz (hamısı İsrail)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
UEFA nümayəndəsi: Çarles Şaak (Lüksemburq)
Bakı Olimpiya Stadionu

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.