"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,51% - 7 013,55 bəndədək, Almaniya DAX-ı 1,60% - 10 580,38 bəndədək, Fransa CAC-40-ı 1,49% - 4 470,92 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 2,10 dollar ucuzlaşaraq 1 255,50 dollar, gümüş isə 0,02 dollar azalaraq 17,44 dollar olub.