Bakı Metropoliteni işçilərinin peşə bayramı günüdür.
Həmin gün Azərbaycan prezidenti İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli Fərmanı ilə Bakı Metropoliteninin işə salınmasının 40 illik yubileyi münasibətilə təsis edilib.
Hazırda Bakı Metropolitenində 25 stansiya var, onun xətlərinin ümumi uzunluğu 36,7 kilometrdir.
2000-ci il. Avropa Şurası Nazirlər Komitəsinin sessiyasında Azərbaycanın Avropa Şurasına dəvət edilməsi haqqında qətnamə qəbul edilib.
Sənədə görə, Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycana 6 yer ayrılıb. 2001-ci il yanvarın 25-də Azərbaycan rəsmi surətdə AŞPA-ya daxil olub.
1895-ci il. Alman fiziki Vilhelm Rentgen (1845-1923) elektriklə eksperimentlər zamanı X-şüalar adlandırdığı şüanı kəşf edib.
Sonralar bu şüa alimin şərəfinə rentgen adlandırılıb. V.Rentgen Nobel mükafatına layiq görülmüş (1901) ilk fizikdir.
1922-ci il. Cənubi afrikalı cərrah və ictimai xadim Kristian Barnard (1922-2001) anadan olub.
O, 1967-ci il dekabrın 3-də dünyada il dəfə insandan insana ürək köçürüb.
Əməliyyatın qüsursuz yerinə yetirilməsinə baxmayaraq, pasiyent cəmi 18 gün yaşayıb.
1935-ci il. Tanınmış fransız aktyoru və rejissoru Alen Delonun doğum günüdür.